• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Operativ Qərargah son bir ayda ölkədə COVID-19 vaksini vurduranların sayını açıqladı

    03

    fev

    Operativ Qərargah son bir ayda ölkədə COVID-19 vaksini vurduranların sayını açıqladı

    Son bir ayda (31 dekabr - 31 yanvar) koronavirus (COVID-19) əleyhinə 281 vaksin vurulub.

    Ekologiya.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 44, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, üç və daha çox doza vaksin vurduranların sayı 183, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 29 təşkil edir.


    Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 970 733, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 680, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 398, üç və daha çox doza vaksin vurduranların sayı 3 406 119, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 536 təşkil edir.

    Ölkədə COVID-19 vaksini vurduranların sayı açıqlandı


    Ölkədə COVID-19 vaksini vurduranların sayı açıqlandı

    Tarix : 3-02-2024, 12:16 | Oxunub: 2 633