• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ermənilərə “Başkənd söhbətini birdəfəlik unudun” cavabı verilib

    04

    iyn

    Ermənilərə “Başkənd söhbətini birdəfəlik unudun” cavabı verilib

    Nikol Paşinyanın “Başkənd məsələsinin həlli variantlarından biri mübadilə ola bilər” bəyanatı Azərbaycanda narazılıqla qarşılanıb.

    Azad Vətən Partiysının sədri Akif Nağı Musavat.com-a bildirib ki, ermənilər Başkənd məsələsini daim gündəmdə saxlamağa çalışırlar. Həm Ermənistanın daxilində hakimiyyət-müxalifət münasibətlərində ərazi məsələsi üzərindən də bir-birini ittihamlar yer alır:

    “Paşinyanın və digər ermənilərin nə deməsindən asılı olmayaraq dəfələrlə Azərbaycanın mövqeyi belə olub ki, Başkənd Azərbaycan tərəfindən işğal olunmayıb, Başkənd Ermənistan ərazisi deyildi. Bu, Azərbaycan ərazisi olub. Sovet dövründə ərazilərin kimə aid olması məsələsinə ittifaq respublikaları arasında bir qədər loyal yanaşma var idi. Bəzi ərazilər qonşu müttəfiq respublikalar tərəfindən müştərək istifadə olunurdu. Başkənd də həmin qəbildən olan ərazidir”.

    A.Nağının sözlərinə görə, ermənilərə şərait yaradılmışdı ki, müəyyən mövsümlərdə heyvandarlıqla məşğul olsunlar:

    “Onlar da heyvanlarını orada saxlamaq üçün Başkəndə köçəri kimi gəlirdilər. Yavaş-yavaş orada yerləşdilər və ilboyu heyvanlarını saxladılar. Beləliklə, orada sayları da bir qədər artdı. Yəni Başkənd tarixən də Azərbaycan ərazisi olub, hüquqi cəhətdən də Azərbaycan ərazisidir. Ona görə də Paşinyanın indi Başkənd məsələsini dilə gətirməsi, hesab edirəm, seçki öncəsi ona verilən suallara cavab məqsədilə verilmiş açıqlamadır. Azərbaycan dəfələrlə bildirib ki, Azərbaycanla Ermənistan arasında mübadilə olunacaq ərazi yoxdur. Ermənistanın hazırda nəzarətində olan Qazaxın 3, Naxçıvanın Kərki kəndi mübadilə obyekti deyil. O kəndlər Azərbaycan əraziləridir və qaytarılmalıdır. Ermənilər Başkənd söhbətini birdəfəlik unutmalıdırlar”.

    Tarix : Bu gün, 08:58 | Oxunub: 568