• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şuşadakı abidələrlə bağlı yeni qadağa tətbiq olunur

    09

    iyn

    Şuşadakı abidələrlə bağlı yeni qadağa tətbiq olunur

    Şuşa şəhərinin ərazisində yerləşən abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan edilir.

    Bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Sənəddə qeyd olunub ki, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan, təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

    Tarix : Bu gün, 09:42 | Oxunub: 344