• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Etibarnaməsiz avtomobil idarə edən sürücü təhlükəli qayda pozuntusu törətdiyi üçün saxlanıldı

    12

    fev

    Etibarnaməsiz avtomobil idarə edən sürücü təhlükəli qayda pozuntusu törətdiyi üçün saxlanıldı

    Ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda “VAZ 2121” markalı, 27-BU-310 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən şəxslə bağlı yayılan videogörüntü Baş Dövlət Yol Polisi (DYP) İdarəsi tərəfindən araşdırılıb.


    İdarədən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxs Xaçmaz rayon sakini Cavad Fərhadov etibarnamə olmadan idarə etdiyi avtomobillə nəqliyyat axınına qarşı yüksək sürətlə hərəkət edib və o, baş verə biləcək ağır faciənin məsuliyyətini dərk etmədən törətdiyi əməli tələsməyi ilə əlaqələndirib.


    Kobud qayda pozuntularına yol verən sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.


    Baş DYP İdarəsi xoşbəxt təsadüf nəticəsində bədbəxt sonluqla bitməyən belə təhlükəli qayda pozuntularının yolverilməz olduğunu bir daha sürücülərin diqqətinə çatdırır, məsuliyyətsiz qərarların sonradan bərpası mümkün olmayan itkilərə səbəb olduğunu unutmamağa çağırır.

    Tarix : 12-02-2024, 18:30 | Oxunub: 54