• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu il Şəki-Zaqatala bölgəsində 5 yeni məktəb binası tikiləcək

    13

    fev

    Bu il Şəki-Zaqatala bölgəsində 5 yeni məktəb binası tikiləcək

    Bu il Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan 5 məktəb binasının sökülərək yenidən tikilməsi, 52 təhsil müəssisəsində isə təmir işlərinin aparılması nəzərdə tutulur.


    Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.


    Qurumun əməkdaşı bildirib ki, Balakən rayonunun Bedaxar və Zaqatalanın Muğanlı kəndlərində tam orta məktəblər üçün yeni binaların tikintisinə artıq başlanılıb. Yaxın günlərdə Şəki şəhər 18 nömrəli tam orta məktəbin binası da sökülərək yenidən tikiləcək. Cari ildə, həmçinin Şəki rayonunun Köndələn və Qəbələ rayonunun Bılıx kənd tam orta məktəbləri üçün də yeni binaların tikilməsi nəzərdə tutulur.


    Mahal Məmmədovun məlumatına görə, son iki ildə Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin 30-da cari, 1-də isə əsaslı təmir işləri aparılıb, 6 məktəb binası sökülərək yenidən tikilib.

    Tarix : 13-02-2024, 10:30 | Oxunub: 33