• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hava Limanı-Mərdəkan-Zağulba yolunda yerüstü piyada keçidinin inşasına başlanılıb

    14

    fev

    Hava Limanı-Mərdəkan-Zağulba yolunda yerüstü piyada keçidinin inşasına başlanılıb

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci kilometrində yeni piyada keçidinin inşasına start verilib.


    Agentlikdən AZƏRTAC-a bildirilib ki, layihə üzrə keçidin ümumi uzunluğu 46 metr, daxili eni 3,50 metr, qalereyasının eni 4,5 metrdir. Yol səviyyəsindən hündürlüyü 6,80 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.


    Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. Keçidin metal konstruksiya hissəsi zavod şəraitində hazırlanır.


    İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq. Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin aparılması da nəzərdə tutulub.

    Tarix : 14-02-2024, 18:19 | Oxunub: 2 191