• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN Xankəndi ilə bağlı TƏCİLİ məlumat yaydı - FOTOLAR

    27

    fev

    DİN Xankəndi ilə bağlı TƏCİLİ məlumat yaydı - FOTOLAR

    Xankəndidə uşaq bağçasının zirzəmisindən dron, 29 avtomat və 416 qumbara aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat yayıb.

    Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhərində yerləşən uşaq bağçasının zirzəmisindən 1 ədəd dron, 1 ədəd dron üçün tripot, 29 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 27 tüfəng, 416 ədəd qumbara, 113 alışdırıcı, 113 ədəd partlayıcı, 1 178 patron darağı, 8 508 ədəd mərmi, 24 min 320 ədəd müxtəlif çaplı patron, 30 ədəd kapsul, 3 ədəd optik nişangah, 10 gecəgörmə cihazı, 50 ədəd rabitə qurğusu, 34 süngü-bıçaq, 57 ədəd əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatlar aşkar olunaraq götürülüb.

    Tarix : 27-02-2024, 14:57 | Oxunub: 1 760