• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Uşaqlar arasında bu təhlükəli yeni virus artmağa başlayıb - Valideynlərin NƏZƏRİNƏ

    27

    fev

    Uşaqlar arasında bu təhlükəli yeni virus artmağa başlayıb - Valideynlərin NƏZƏRİNƏ

    Koksaki virusları artıq uşaqlar arasında artmağa başlayıb.

    Bu barədə Trend-in suallarını cavablandıran pediatr-reanimatoloq Qoşqar İsmayılov deyib.

    O qeyd edib ki, bu virusa yoluxan zaman, əsasən, əl və ayaqda, göz ətrafında səpkilər olur.


    “Səpkilər sulanan suçiçəyi səpkilərinə bənzəyir. Buna bəzən "əl-ayaq-ağız xəstəliyi" deyilir. Əsasən məktəbəqədər dövrdə daha çox rast gəlinir. Ağız içərisində yaralar olur, hərarət yüksəlir. Onun formaları var ki, hətta böyük uçuqlara da keçə bilər”,- deyə o bildirib.

    Xatırladaq ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.

    Tarix : 27-02-2024, 19:44 | Oxunub: 2 525