• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Tərtərdə idman paradı və ağacəkmə aksiyası keçirilib - FOTO

    05

    mar

    Tərtərdə idman paradı və ağacəkmə aksiyası keçirilib - FOTO

    Tərtərdə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş idman paradı keçirilib.


    Ekologiya.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin Mərkəzi Meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.


    Sonra Qarabağ regionunu əhatə edən şəhər və rayonların idman ictimaiyyətinin iştirakı ilə Tərtər şəhər Nizami Gəncəvi küçəsindən Mərkəzi Meydana qədər yürüş olub. Finişdə təşkil edilən tədbirin rəsmi hissəsində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır.


    Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəsmisi Anar Şahbazov isə Azərbaycanın beynəlxalq arenada yaratdığı idman imicindən, ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından, bu sahədə əldə olunan uğurlardan danışıb.

    Sonra fərqlənən idmançılara fəxri fərmanlar verilib.

    Sonda Tərtər Olimpiya İdman Kompleksinin ərazisində ağacəkmə aksiyası keçirilib.


    Tarix : 5-03-2024, 17:37 | Oxunub: 108