• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Məktəb şagirdləri Milli Hidrometeorologiya Xidmətinə ekskursiya edib - FOTO

    12

    mar

    Məktəb şagirdləri Milli Hidrometeorologiya Xidmətinə ekskursiya edib - FOTO

    Binəqədi rayonu Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdlərinin Milli Hidrometeorologiya Xidmətinə ekskursiyası təşkil edilib.
    Ekskursiya zamanı məktəblilərə Xidmətin mütəxəssisləri tərəfindən Milli Hidrometeorologiya Xidmətinin fəaliyyət istiqamətləri, tarixi haqqında məlumat verilib, şagirdlər meteoroloji stansiyanın iş fəaliyyəti ilə tanış olublar.
    Daha sonra şagirdlər Situasiya Mərkəzində hava proqnozunun necə hazırlanması ilə bağlı maraqlı məlumatlar əldə ediblər, eyni zamanda onlara mərkəzin fəaliyyəti, erkən xəbərdarlıq sistemi, müasir hidrometeoroloji cihazlar və qlobal iqlim dəyişmələrinin təsirləri haqqında ətraflı məlumatlar verilib.
    Görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb, onları maraqlandıran suallar Xidmət əməkdaşları tərəfindən cavablandırılıb və məktəblilər ekskursiya ilə bağlı öz təəssüratlarını bölüşüblər.
    Sonda məktəblilərə Milli Hidrometeorologiya Xidmətinin hava sertifikatları təqdim edilib.

    Tarix : 12-03-2024, 13:30 | Oxunub: 174