• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvanın bir sıra bölgələrinin suvarma su ilə təminatı yaxşılaşdırılır

    03

    apr

    Naxçıvanın bir sıra bölgələrinin suvarma su ilə təminatı yaxşılaşdırılır

    Naxçıvan Muxtar Respublikası “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabe idarələri tərəfindən nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri aparılır.


    ASC-nin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mart ayının sonlarından başlayaraq Babək rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən Araz çayından qidalanan “Araz-1” və "Araz - 2" nasos stansiyalarının təzyiqli boru xətlərində cari təmir-bərpa işləri görülür və qısa zamanda yekunlaşdırılması nəzərdə tutulub.

    İşlər başa çatandan sonra Nehrəm qəsəbəsi, Arazkənd və Güznüt kəndlərinin əkin sahələrinə suvarma suyunun verilməsi təmin ediləcək.

    Tarix : 3-04-2024, 14:26 | Oxunub: 1 762