• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

    09

    apr

    RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

    Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və teleradio yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirli (RİNN) məlumat yayıb.

    Bildirilir ki, bununla əlaqədar RİNN-in qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

    Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

    Tarix : 9-04-2024, 12:09 | Oxunub: 1 666