• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

    06

    may

    AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitki zərərvericilərinin yayılması zamanı yarana biləcək fəsadlara dair yeni videoçarx hazırlayıb.


    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videoçarxda zərərverici və xəstəliklərin, eləcə də iqlim dəyişikliklərinin qida bitkilərinin məhsuldarlığına vurduğu ziyan haqqında məlumat verilib.


    Eyni zamanda videoçarxda zərərvericilərə qarşı zəruri mübarizə tədbirlərinin aparılmamasının məhsul itkisinə və iqtisadi zərərlərə səbəb ola biləcəyi bildirilib. Həmin halların baş verməməsi üçün ilk növbədə profilaktik tədbirlərin həyata keçirilməsinin, zərurət yarandığı təqdirdə isə uyğun pestisid tətbiq edilməsinin vacib olduğu vurğulanıb. Sağlam bitkilərin sağlam ətraf mühit şəraitində inkişaf edə biləcəyi önə çəkilib.


    Qeyd edək ki, sahibkarlıq subyektləri həmin videoçarx vasitəsilə bitki zərərvericilərinin yayılması zamanı yarana biləcək fəsadlar və bitki xəstəlikləri ilə mübarizə üsulları barədə ətraflı məlumat əldə edə biləcəklər.

    https://www.youtube.com/watch?v=t8WstixNRNQ&t=7s

    Tarix : 6-05-2024, 14:30 | Oxunub: 84