• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ekoloji aksiya: BDU-nun həyətində müxtəlif çiçəklər əkilib

    05

    iyn

    Ekoloji aksiya: BDU-nun həyətində müxtəlif çiçəklər əkilib

    Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin, “BDU könüllüləri”, Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 5 iyun - Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar çiçəkəkmə aksiyası keçirilib.

    BDU-dan Ekologiya.az-a bildirilib ki, çiçəkəkmə aksiyasında gənclər təşkilatlarının üzvləri, müxtəlif fakültələrin tələbələri iştirak ediblər. Aksiya zamanı universitetin həyətində müxtəlif növlü çiçəklər əkilib.

    Aksiyanın məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

    Tarix : Bu gün, 16:17 | Oxunub: 208