• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

    08

    may

    Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

    Azərbaycanın müstəqillik tarixinin başlanğıcı Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına əsaslanır. Onun fəaliyyəti boyu Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr müstəqillik tarixində mühüm rol oynayıb. 


    Ümummilli Liderin əsas ideyalarından biri ölkənin təhlükəsizliyini və sabitliyini təmin etmək idi. O, bu yolda mühüm addımlar ataraq, Azərbaycanın beynəlxalq arenada tanınması və milli maraqların müdafiə edilməsi üçün daim çalışıb.


    Ekologiyaaz xəbər verir ki, bu sözləri mayın 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışı zamanı söyləyib.


    S.Qurbanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadi islahatlar həyata keçirilib, dövlət idarəçiliyində yeniliklər edilib və milli mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib: “Dahi rəhbərin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqillik dövrü davam edib və onun bu müddət ərzində həyata keçirdiyi siyasət ölkənin müasir dövründə inkişaf etməsinə əsas olub. Bu səbəbdən də Ümummilli Liderin fəaliyyəti Azərbaycanın müstəqillik tarixində əlamətdar bir mərhələ olaraq dəyərləndirilir”.

    Tarix : 8-05-2024, 13:14 | Oxunub: 93