• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Quru və qəzalı vəziyyətdə olan ağaclarla bağlı ictimai dinləmə keçirilib - FOTO

    24

    noy

    Quru və qəzalı vəziyyətdə olan ağaclarla bağlı ictimai dinləmə keçirilib - FOTO

    Quru və qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı ictimai dinləmə keçirilib. 

    Ekologiya.az bildirir ki, icra hakimiyyəti, bələdiyyə, QHT və KİV nümayəndələrinin iştirakı ilə Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən görüşdə Bakı şəhərinin bir çox ərazilərində mövcud olan quru və qəzalı ağacların götürülməsi ilə bağlı mövcud qanunvericiliyin tələblərindən danışılıb.

    Bildirilib ki, quru və qəzalı vəziyyətdə olan yaşıllıqların götürülməsinə dair aparılmış monitorinqlərin nəticəsinə görə, paytaxtın Səbail rayonu ərazisində 13 müraciət üzrə verilmiş rəyin 8-i , Binəqədi rayonu üzrə 25 müraciət üzrə verilmiş rəyin 12-si, Yasamal rayonu üzrə isə 25 müraciət üzrə verilmiş rəyin 10-u icra olunub.


    Tarix : 24-11-2023, 14:58 | Oxunub: 1 671