• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ekoloji Təhlükəsizlik Xidməti: Göyçayda selin çaya gətirdiyi zibillər təmizlənir

    14

    may

    Ekoloji Təhlükəsizlik Xidməti: Göyçayda selin çaya gətirdiyi zibillər təmizlənir

    Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Göyçay rayonunda yağan leysan yağışlar nəticəsində Qarabaqqal kəndində yerləşən tullantı poliqonundakı zibillərin sel vasitəsilə çaya gətirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

    Ekologiya.az-ın məlumatıəna görə, Xidmət rəsmisi Akif Məmmədov bildirib ki, idarə olunmasına cavabdeh qurum olan Göyçay rayon Kommunal Təsərrüfat Birliyidir.

    "Hazırda Xidmətin əməkdaşlarının nəzarəti altında çay tullantıların idarə olunmasına cavabdeh qurum olan Göyçay rayon Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənir", - deyə məlumatda vurğulanıb.

    Tarix : 14-05-2024, 16:50 | Oxunub: 3 015