• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • "Xan arxı" tullantılardan təmizlənib

    16

    may

    "Xan arxı" tullantılardan təmizlənib

    "Xan arxı" adlanan suvarma kanalının Gəncə şəhəri Abbas Səhhət küçəsindən keçən hissəsi tullantılardan təmizlənib.

    Bu barədə Ekologiya.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Azər Quliyev məlumat verib.

    O bildirib ki, kanal Xidmətin əməkdaşlarının nəzarəti altında tullantıların idarə olunmasına cavabdeh qurum olan Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin və kanala xidmət göstərən “Göygöl Suvarma Sisteməri” idarəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

    Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən kanalın Gəncə şəhəri Abbas Səhhət küçəsindən keçən hissəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

    Tarix : 16-05-2024, 11:50 | Oxunub: 2 471