• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində könüllülərə növbəti təlim keçirilib - FOTO

    22

    may

    “Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində könüllülərə növbəti təlim keçirilib - FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən start verilən “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsi çərçivəsində könüllülərə növbəti təlim keçirilib.

    “Meşə əkin materiallarının yetişdirilməsi üsulları” mövzusunda təşkil olunan təlim zamanı Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev tərəfindən gənclərə meşələrin qorunub saxlanılması, bərpası və yeni meşələrin salınması, əkin materiallarının yetişdirilməsi, habelə digər meşə təsərrüfatı tədbirlərinin yerinə yetirilməsi, bitkilərin əkilmə qaydaları, terras üsulu ilə aparılan əkinlər, quraqlıq şəraitinə uyğunlaşan bitkilərin meşəbərpa tədbirlərində istifadəsi və s. mövzularda məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
    Gənclərə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən tinglərin video görüntüləri göstərilib, toxumlar hədiyyə olunub. 

    Ekologiya.az

    Tarix : 22-05-2024, 12:58 | Oxunub: 2 418