• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Havada atmosfer təzyiqinin normadan aşağı olması meteohəssas insanlarda ciddi dəyişmələr yaradır - Svetlana Kanevskaya

    27

    noy

    Havada atmosfer təzyiqinin normadan aşağı olması meteohəssas insanlarda ciddi dəyişmələr yaradır - Svetlana Kanevskaya

    Elə günlər olur ki, çox insanın başı, boynu, dizləri ağrıyır. Yaşlı nəsil belə olduqda “havadandır”deyir. Çoxları buna inanmasa da bu, belədir.

    Ekologiya.az xəbər verir ki, həkim Svetlana Kanevskaya havada atmosfer təzyiqinin normadan aşağı olduğu vaxtda, müəyyən ağrı və diskomfort yarana bilir.

    ”Meteohəssas insanlarda hava təzyiqi dəyişməsinə reaksiyalar fərqli olur. İlk növbədə həssas orqan başdır və baş ağrıları olur. Bəzən təzyiq “oynaya” bilər.

    Maraqlısı isə hava dizlərdə, oynaqlarda ağrıya səbəb olur, amma bu sağlam adamda yox, artriti, artrozu olanlarda baş verir.
    Aşağı barometrik təzyiq oynaqlarda ağrını daha da dərinləşdirir, çünki havada təzyiq düşdükcə, bədəndə oynaq araları da genişlənir. Sinir köklərinə təzyiqdən ağrı yaranır.

    Ağrıya dözmək lazım deyil, mütləq ağrıkəsici qəbul edin. Qəfil hava və atmosfer dəyişməsi zamanı evdə qalıb, istirahət edin. Qida çox yüngül olmalıdır, qıcıqlandırıcı heç bir şey istifadə etməyin”.

    Tarix : 27-11-2023, 09:28 | Oxunub: 1 654