• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Abşeron Milli Parkında tibb işçilərinin iştirakı ilə velomarafon təşkil olunub - FOTO

    27

    may

    "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Abşeron Milli Parkında tibb işçilərinin iştirakı ilə velomarafon təşkil olunub - FOTO

    "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “3 iyun Ümumdünya Velosipedçilər Günü” ilə əlaqədar ilə Abşeron Milli Parkında velomarafon keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ekologiya.az-a verilən məlumata görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Pirallahı Tibb Mərkəzi əməkdaşlarının iştirakı, Həmkarlar İttifaqı Komitəsinin və Abşeron Milli Parkının dəstəyi ilə baş tutan veloyürüşə 50-dən artıq TƏBİB əməkdaşı qoşulub.

    Ekoloji təmiz nəqliyyat növlərindən istifadəni təşviq etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək, insanlara sağlam həyat tərzini aşılamaq, eyni zamanda ekoturizmi təbliğ etmək məqsədilə keçirilən veloyürüşdə iştirakçılar 12 km məsafə qət ediblər.

    Tədbirin sonunda velomarafon iştirakçıları sertifikat və hədiyyələrlə təltif olunub.



    Tarix : 27-05-2024, 14:25 | Oxunub: 2 162