• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dövlət Ekoloji Ekspertiza Agentliyinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin xəbardarlıq və toplanış məşqi keçirilib.

    27

    may

    Dövlət Ekoloji Ekspertiza Agentliyinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin xəbardarlıq və toplanış məşqi keçirilib.

    Dövlət Ekoloji Ekspertiza Agentliyinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin xəbardarlıq və toplanış məşqi keçirilib. 
    Görüşün keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində kollektivin nəzəri bilik və praktiki vərdişlərinin təkmilləşdirilməsi, təşkilatçılığın və operativliyin artırılması, fərdi mühafizə vasitələrindən düzgün istifadə qaydalarının öyrənilməsi olub.
    Nərimanov rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin əməkdaşlarının apardığı məşqdə həmçinin mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri, Agentlikdə yaradılmış mülki müdafiə qüvvələrinin fəaliyyət istiqamətləri müzakirə edilib, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparılıb, işçilərin fövqəladə hallarla bağlı praktiki bilikləri yoxlanılıb.
    Eyni zamanda, əməkdaşların bu sahədə ilkin biliklərinin artırılması məqsədilə maarifləndirici təqdimat və əyani vəsaitlər nümayiş olunub, aidiyyəti üzrə tapşırıqlar verilib. Ekologiya.az

    Tarix : 27-05-2024, 14:26 | Oxunub: 2 801