• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu ölkədə epidemiya HƏYƏCANI! Fövqəladə vəziyyət ELAN EDİLDİ

    29

    may

    Bu ölkədə epidemiya HƏYƏCANI! Fövqəladə vəziyyət ELAN EDİLDİ

    ABŞ-ın Ayova ştatında fermada toyuqlarda quş qripi aşkar edilib. Ştatın qubernatoru Kim Reynolds iyunun 27-dək qüvvədə olan fövqəladə vəziyyət elan edib.

    Ekologiya.az xarici KİV-ə istinadən xəbər verir ki, Ayova ştatının rəsmiləri Sioux County bölgəsində toyuqlarda quş qripi aşkarlandığını təsdiqləyib.

    ABŞ-ın Kənd Təsərrüfatı Departamenti (USDA) də yumurtlayan toyuqlarda yüksək patogenli quş qripinin (HPAI) aşkarlandığını bildirib. 

    Qeyd edək ki, ABŞ-da daha əvvəl bəzi inəklərin südündə quş qripi (H5N1) aşkar edilib. İki işçi quş qripinə tutulub, süd içən bəzi pişiklər isə virusdan ölüb.Musavat.com

    Tarix : 29-05-2024, 15:40 | Oxunub: 210