• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DİN-nin əməkdaşları itkin düşmüş kimi axtarışda olan 10 nəfəri görün hardan tapdı - RƏSMİ

    01

    iyn

    DİN-nin əməkdaşları itkin düşmüş kimi axtarışda olan 10 nəfəri görün hardan tapdı - RƏSMİ

    Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aprelin 13-də Ağdaş rayonunun Yuxarı Ləki kəndində itkin düşmüş kimi axtarışda olan 31 yaşlı qadın, mayın 7-də Qusar rayonunda itkin düşmüş kimi axtarışda olan 17 yaşlı oğlan, mayın 14-də Gədəbəy rayonunun Maarif kəndində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.


    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


    Həmçinin polis əməkdaşları tərəfindən mayın 17-də Sabunçu rayonunun Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışda olan 20 yaşlı qız, mayın 24-də Nizami rayonunda itkin düşmüş kimi axtarışda olan 24 yaşlı oğlan, mayın 25-də Xətai rayonunda itkin düşmüş kimi axtarışda olan 39 yaşlı kişi, mayın 27-də Saatlı rayonunda itkin düşmüş kimi axtarışda olan 31 yaşlı kişi, mayın 29-da Binəqədi rayonunda itkin düşmüş kimi axtarışda olan 35 yaşlı kişi, mayın 29-da Zaqatala rayonunda itkin düşmüş kimi axtarışda olan 37 yaşlı qadın, mayın 29-da Şəmkir rayonunun Abbaslı kəndində itkin düşmüş kimi axtarışda olan 43 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Tarix : 1-06-2024, 14:08 | Oxunub: 1 528