• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu rayonları dəhşətli LEYSAN VURDU

    01

    iyn

    Bu rayonları dəhşətli LEYSAN VURDU

    İyunun 1-i saat 20:00-a olan məlumata əsasən, öncədən xəbər verilən narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 27 m/s, Naftalanda 22 m/s-dir.

    Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən Bakıda və Abşeron yarımadasında və bəzi rayonlarda narıncı, ayrı-ayrı yerlərdə isə sarı xəbərdarlıq verilib. Sarı xəbərdarlığa uyğun Goranboyda isə küləyin sürəti 19 m/s təşkil edir.

    Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 2-si günün ikinci yarısınadək davam edəcək.

    ***

    İyunun 1-i saat 17:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Mingəçevir, Şəki, Şahdağ, Oğuz, Tərtərdə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

    Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Daşkəsən rayonunda saat 15:53-15:57 radələrində diametri 20 mm, Göygöl rayonu Kərəmli kəndinə saat 16:20-16:24 radələrində 10-12 mm, Göygöl rayonu Şəhriyar kəndinə saat 16:23 radələrində 10-14 mm, Gədəbəy rayonuna isə saat 17:45-18:00 radələrində 6 mm olan dolu düşüb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da 34, Aran rayonlarında 36, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

    Tarix : 1-06-2024, 20:04 | Oxunub: 2 232