• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sumqayıtda dəm qazının miqdarı normadan artıqdır

    28

    noy

    Sumqayıtda dəm qazının miqdarı normadan artıqdır

    Sumqayıt şəhəri Məişət Tullantıları Poliqonunda 27 noyabr 2023-cü il tarixində gecə saatlarında baş vermiş yanğınla bağlı araşdırma və monitorinqlər aparılıb.

    Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

    Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəsmisi Ceyhun Muradov bildirib ki, hadisə ilə əlaqədar idarənin əməkdaşları əraziyə cəlb olunub və günün müxtəlif saatlarında monitorinq və ölçmə işləri aparıb:

    “Sumqayıt şəhəri ərazisində günün müxtəlif saatlarında aparılan ölçmələrə əsasən havada dəm qazının miqdarı 1,5-1,7 dəfə normadan artıq olub”.
    C. Muradovun sözlərinə görə, saat 18:00-a olan monitorinq nəticələrinə əsasən ərazidə hava keyfiyyət göstəriciləri norma daxilindədir.

    Tarix : 28-11-2023, 07:49 | Oxunub: 1 747