• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şahdağ Milli Parkında açıq qapı günü keçiriləcək

    06

    dek

    Şahdağ Milli Parkında açıq qapı günü keçiriləcək

    Dağlıq və dağətəyi landşaftı ilə seçilən, yüksək zirvələri, füsunkar gölləri və şəlalələri ilə göz oxşayan Şahdağ Milli Parkının yaranmasından 17 il ötür. Bununla əlaqədar 8 dekabr 2023-cü il tarixində milli parkın bütün bölmələrində (Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz) açıq qapı günü keçiriləcək.

    Ekologiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadın bildirir ki, eyni zamanda, Şahdağ Milli Parkının İsmayıllı bölməsində maraqlı və əyləncəli tədbir təşkil olunacaq.

    "Milli parkı ziyarət edərək rəngarəng çalarlara bürünən meşə ərazisində təbiətdən zövq ala, parkın daimi sakinləri olan zubr və maralları görə bilərsiniz",-deyə naziriyin açıqlamasında qeyd edilir.

    Tarix : 6-12-2023, 14:19 | Oxunub: 1 686