• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Putin: Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

    08

    okt

    Putin: Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq

    Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq.

    "Report"un Moskvaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında deyib.

    “Biz hər il Birliyin mədəniyyət paytaxtını seçirik və o, bütün ölkələrimizin vətəndaşlarının böyük marağına səbəb olan parlaq, yaradıcı və humanitar tədbirlərin mərkəzinə çevrilir. Hazırda mədəniyyət paytaxtı Səmərqənddir. Təklif olunan qərar layihəsinə uyğun olaraq gələn il estafeti Azərbaycanın Laçın şəhəri qəbul edəcək”, - V.Putin bildirib.

    Tarix : 8-10-2024, 19:26 | Oxunub: 1 624