Azərbaycan Geologiya Muzeyində BDU tələbələri üçün interaktiv dərs
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyində Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin III kurs tələbələrinə ekoloji kartoqrafiya və coğrafi informasiya sistemləri fənni üzrə interaktiv dərs təşkil olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Dərs zamanı BDU-nun Coğrafi ekologiya kafedrasının dosenti Lalə Bayramova mineral ehtiyatların aşkar edilməsi, onların hasilatı və iqtisadiyyatda tətbiqi barədə ətraflı məlumat verib. Eyni zamanda, ölkənin mürəkkəb geoloji quruluşu, müxtəlif eralara və dövrlərə aid faydalı qazıntı, potensial xammal yataqlarının perspektivləri, təbiət-istehsalat münasibətlərinin iqtisadi rentabelliyi ilə yanaşı, təbii müvazinətin qorunmasının aspektləri təhlil edilib.
Sonra tələbələrin sualları cavablandırılıb. Tələbələr muzeyin eksponatları ilə tanış olublar.