• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr

    14

    okt

    44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr

    2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

    Trend Vətən müharibəsinin oktyabrın 14-nə olan xronikasını təqdim edir:

    - Prezident İlham Əliyev "France 24" televiziya kanalına müsahibə verib.

    - Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarının bir neçə kəndləri işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib.

    - Ermənistan Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.

    - Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd "Osa-AKM" ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

    - Ermənistanın ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb.

    - Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 1 nəfər həlak olub.

    - Ermənilər Tərtərdə AZTV-nin əməkdaşlarını atəşə tutdu, xəsarət alan var.

    - Erməni təxribatı nəticəsində ölən dinc sakinlərin sayı 43 nəfərə çatıb.

    - Düşmənin daha bir PUA-sı məhv edilib. Məhv edilən düşmən raket komplekslərinin start mövqeyinə çıxarılmasının videogörüntüləri yayılıb.

    - İşğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsü yayılıb.

    Tarix : 14-10-2024, 08:06 | Oxunub: 1 424