Bu il Şahdağa 156 mindən çox turist səyahət edib - RƏSMİ
Bu il ərzində Şahdağa 156 506 nəfər turist səyahət edib.
Ekologiya.az xəbər verir ki, bunu jurnalistlərə “Şahdağ Turizm Mərkəzi”nin İdarə Heyətinin sədri Rüstəm Nəcəfov deyib.
Onun sözlərinə görə, onların
67 821 nəfəri burada olan hotellərdə gecələyib: “Bu il Mərkəzə səfər edən turistlərin
70 %-i yerli turistlər olub. Biz bu ildən erkən təbliğat işlərinə başlamışıq və hesab edirik ki, bu il
50-60 % əcnəbi turistlər olacaq”.
O bildirib ki, qış üzrə Rusiyanın, yay üzrə isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üstünlük təşkil edir: “Hindistanla reyslərin artması səbəbindən oradan da turist axını gözləyirik. Hətta
3 000-4 000 nəfərlik qrupların qəbulu üçün danışıqlar aparırıq. Bununla yanaşı, bu il xizək təlimçilərinin sayı
60 %-dək artırılacaq. Ötən il təlimçilərin sayı
70 idi. Amma bu il bu göstərici
110 nəfərə çatdırılacaq. Çünki, insanlarımızın xizəkçiliyə maraqları böyükdür”.
Mərkəz rəhbəri əlavə edib ki, yeni il şənlikləri üzrə bütün paketlər satılıb: “Xidmət çeşidindən və qonaqlama müddətindən asılı olaraq paketlərin qiyməti
2 820 manata qədərdir”.