Ölkənin iqlim-hava şəraiti əlverişli keçən regionlarındə əkin mövsümü ilə əlaqədar minlərlə ağac əkilir və qorunur. Bu işdə də ən çox əziyyət çəkən, mühüm işlərə imza atan Ekologiya və Təbii Sərvətlər nazirliyidir.
Beləki, Xızı rayon Giləzi qəsəbəsində təxminən 15 il öncə 2.5 ha-da 4 min müxtəlif növdə ağac əkilib. Və, bu yaşıllaşmanın baxımı eləcə də qorunması həyata keçirilmişdir. Amma, 15 il öncə əkilən ağaclar böyüyüb inkişaf etdiyi bir vaxtda, yəni bu gün məqsədli şəkildə ağacları məhv etmək istəyən bəzi qüvvələr meydana çıxıb. Daxil olan məlumatlara əsasən bir neçə aydır orataya çıxan mülkiyyətçi - "ərazi mənimdir, əkilən ağacları ya daşıyın,ya da hamısın kəsdirib,. buraları təmizlətdirəcəyəm..." deməsi vəziyyəti gərginləşdirib.
Həmişə olduğu kimi yenə də yük Ekologiya və Təbii Sərvətlər nazirliyinin çiyinlərinə düşür. Hər zaman, hər ekoloji problemlərin həllini operativ şəkildə həyata keçirən Ekologiya və Təbii Sərvətlər nazirliyi bu məsələni araşdırıb lazımı qanuni tədbirlər görəcəyinə inanırıq.
Ekologiya.az Xızı rayon Giləzi qəsəbəsində 4000 ədəd 15 illik ağacların məhv edilmə təhlükəsində olan ərazidən Kainat.tv-nin hazırladığı videonu təqdim edir: