• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev səudiyyəli nazirlə iqlimin maliyyələşdirilməsini müzakirə edib

    03

    dek

    Muxtar Babayev səudiyyəli nazirlə iqlimin maliyyələşdirilməsini müzakirə edib

    Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Səudiyyə Ərəbistanının xarici işlər naziri və iqlim üzrə elçisi Adel Əl-Cubeyr ilə iqlimin maliyyələşdirilməsi məsələlərini müzakirə edib.

    Ekologiya.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

    "Muxtar Babayev və Adel Əl-Cubeyr arasındakı müzakirələr iqlim maliyyələşdirilməsi, torpaqların bərpası və qlobal iqlim dəyişikliyinə davamlılıq sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlib", - məlumatda bildirilib.

    Görüş Ər-Riyadda keçirilən BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində baş tutub.



    Tarix : 3-12-2024, 17:22 | Oxunub: 2 008