• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DETX qeyri-qanuni vəhşi heyvan və quş ətinin iaşə və ticarət obyektlərində satışının qarşısını alıb

    03

    dek

    DETX qeyri-qanuni vəhşi heyvan və quş ətinin iaşə və ticarət obyektlərində satışının qarşısını alıb

    Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən qeyri-qanuni yollarla əldə edilmiş vəhşi heyvan və quş ətinin iaşə və ticarət obyektlərində satışı və istifadəsinin qarşısının alınması ilə əlaqədar monitorinqlər keçirilib.


    Ekologiya.az bildirir ki, monitorinqlər Lənkəran, Masallı, Kürdəmir və Şabran rayonlarında yerləşən restoran, kafe və digər ictimai iaşə obyektlərini əhatə edib. 


    Lənkəran rayonunun inzibati ərazisində fəaliyyət göstərən “Pambəhi”, “Cənnət Xıl” və “Rahat Məkan”, Masallı rayonunda fəaliyyət göstərən “Bülbül”, Kürdəmir rayonunda fəaliyyət göstərən “Ləzzət”, Şabran rayonunda fəaliyyət göstərən “Dağlı” və “Karvansaray” iaşə obyektlərində keçirilmiş monitorinqlər zamanı xeyli sayda ovlanmış quş aşkar olunaraq götürülüb.


    Aşkarlanmış nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb və ov məhsullarının haradan əldə olunması ilə bağlı araşdırma aparılır. Hazırda monitorinqlər davam etdirilir.

    Tarix : 3-12-2024, 18:48 | Oxunub: 3 160