• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Su ehtiyatlarına iqlim dəyişmələrinin təsiri və bu təsirə adaptasiya strategiyaları” mövzusunda görüş keçirilib - FOTO

    05

    dek

    “Su ehtiyatlarına iqlim dəyişmələrinin təsiri və bu təsirə adaptasiya strategiyaları” mövzusunda görüş keçirilib - FOTO

    Bakı Dövlət Universitetində “Su ehtiyatlarına iqlim dəyişmələrinin təsiri və bu təsirə adaptasiya strategiyaları” mövzusunda maarifləndirici görüş keçirilib.

    Ekologiya.az bildirir ki, görüş zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev tərəfindən universitetin tələbələrinə su ehtiyatlarının idarə olunması, hidroloji monitorinq şəbəkəsi, Milli Adaptasiya Planı barəsində məlumatlar verilib, müzakirələr aparılıb, onların sualları cavablandırılıb.


    Maarifləndirici tədbirin keçirilməsində məqsəd tələbələrin iqlim dəyişmələrinin təsirləri və su ehtiyatlarının səmərəli idarə olunması sahəsində ekoloji biliklərini genişləndirməkdir və bu tədbirlər mütəmadi olaraq digər təhsil müəssisələrində də davam etdiriləcək.

    Tarix : 5-12-2024, 19:56 | Oxunub: 1 504