• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Mərkəzi Nəbatat Bağı vətəndaşlar üçün açıqdır - GİRİŞ QİYMƏTİ - VİDEO

    06

    dek

    Mərkəzi Nəbatat Bağı vətəndaşlar üçün açıqdır - GİRİŞ QİYMƏTİ - VİDEO

    Mərkəzi Nəbatat Bağı təmirdən sonra dekabrın 5-dən etibarən vətəndaşlar üçün açılıb.

    Ekologiya.az  Xəzər TV-yə istinadən bildirir ki, təmir zamanı ərazidə yerləşən 30-dan çox avtomobil təmiri boksları, bir neçə ictimai-iaşə obyekti və müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, bunun nəticəsində Mərkəzi Nəbatat Bağının ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağda giriş kompleksi yaradılıb, müasir tələblərə, tikinti normalarına cavab verən yeni oranjereyalar, fəvvarə inşa edilib, mövcud oranjereyalar əsaslı təmir edilib. 

    Burada xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib.

    Tarix : 6-12-2024, 08:10 | Oxunub: 3 288