• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Hökməli qəsəbəsində məktəbə yaxın ərazidə ANTİSANİTAR vəziyyət

    07

    dek

    Hökməli qəsəbəsində məktəbə yaxın ərazidə ANTİSANİTAR vəziyyət

    Abşeron rayonunun Hökməli qəsəbəsində vətəndaşlar antisanitariya vəziyyətindən şikayətçidirlər.

    Ekologiya.az  Baku.ws-ə istinadən xəbər verir ki, məktəbin yanındakı ərazi zibilxanaya çevrilib.

    Ətrafda yaşayan insanlar və ərazidən keçənlər üfunət içərisində boğulurlar. Hətta əraziyə heyvan cəsədləri də atırlar.

    "Gecələr buradan keçmək mümkün deyil. İtlər adamın üstünə cumur. Yağış yağanda ərazi biabırçı vəziyyətə düşür. Bu istiqamətə nə taksilər gəlir, nə də təcili yardım. Deyirlər ki, biz zibilxanaya girmirik", - deyə şikayətçi bildirib.

    Dəfələrlə aidiyyati orqanlara şikayət olunsa da, heç bir tədbir görülməyib.

    Tarix : 7-12-2024, 11:04 | Oxunub: 1 192