• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Müşfiqabad qəsəbəsində nazirin də iştirakı ilə 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib - FOTO

    07

    dek

    Müşfiqabad qəsəbəsində nazirin də iştirakı ilə 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib - FOTO

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakının Müşfiqabad qəsəbəsində “Yaşıl fidanlar” adlı ağacəkmə aksiyası keçirilib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev, könüllülər iştirak ediblər.

    Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.


    Tarix : 7-12-2024, 14:25 | Oxunub: 3 456