2 saylı RETSİ orta məktəbdə və bağçada ekoloji maarifləndirmə tədbiri keçirilib - FOTO
“Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Gədəbəy rayonu Arıqdam kənd tam orta məktəbində və Şəmkir rayonu Sarıtəpə kənd körpələr evi uşaq-bağçasında ekoloji maarifləndirmə tədbirləri keçirilib.
Tədbir çərçivəsində kağız israfının azaldılması, təkrar emalın əhəmiyyəti və təbii sərvətlərin qorunmasına diqqəti artırmaq məqsədilə “Ətraf mühitin mühafizəsi”, “Elektrik enerjisindən və kağız məmulatlarından qənaətlə istifadə” mövzularında iştirakçılara ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.
Ekologiya.az
![]()
![]()
![]()
![]()