• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 4 saylı RETSİ və Qubadlı RİH ekoloji maarifləndirmə tədbiri keçirib

    05

    dek

    4 saylı RETSİ və Qubadlı RİH ekoloji maarifləndirmə tədbiri keçirib

    4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Qubadlı Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 28 may Mədəniyyət evində ekoloji maarifləndirmə tədbiri keçirilib.


    “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində regional və qlobal səviyyədə ətraf mühitin qorunması, ekoloji çirklənmənin qarşısının alınması, iqlim dəyişmələrinin ətraf mühitə təsiri mövzularında keçirilən maarifləndirmə tədbirində ümumilikdə 60 nəfər iştirak edib. 


    Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Ekologiya.az

    Tarix : 5-12-2024, 21:40 | Oxunub: 1 728