• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bahar Muradova: Azərbaycan könüllüləri gənc yaşda böyük işlər görürlər

    18

    dek

    Bahar Muradova: Azərbaycan könüllüləri gənc yaşda böyük işlər görürlər

    Azərbaycanın könüllü gənclərinin COP29-dakı fəaliyyəti ilə yanaşı, onların digər sahələrdə də aktivliyi böyük işlərə doğru atdıqları addımlardan xəbər verir.

    Ekologiya.az xəbər verir ki, bunu Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Yaşıl gələcəyə könül ver” mövzusunda keçirilən konfransda deyib.

    Onun sözlərinə görə, ölkənin gələcəyi məhz gənclərdən asılıdır.

    "Azərbaycanın Ailə, Qadın və Ușaq Problemləri üzrə Dövlət Komitəsi hazırda "Ailəm könüllüləri" proqramını davam etdirir. Lakin gələcək üçün fəaliyyətimizi genişləndirməyi düşünürük. Bu proqramın bir istiqaməti ekologiya, ətraf mühit olmalıdır", - Komitə sədri bildirib.

    B.Muradova qeyd edib ki, könüllülər üçün qurum və komitələrin fəaliyyət birliyi yaratmaqda məqsədi bu prosesi davam etdirməkdir.

    Tarix : 18-12-2024, 20:30 | Oxunub: 1 208