• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda bu nazirlər İSTEFA VERƏCƏK - SİYAHI

    07

    fev

    Azərbaycanda bu nazirlər İSTEFA VERƏCƏK - SİYAHI

    Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə əsasən, yeni seçilən Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir.

    Ekologiya.az bildirir ki, Konstitusiyanın 102-ci maddəsinə əsasən, Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Konstitusiya Məhkəməsi rəsmən elan edir. Ana qanunun bu tələbinə görə seçkilərin qalibi olan şəxs fevralın 21-də prezident səlahiyyətlərinin icrasına başlayacaq. 


    Deməli, Azərbaycan Nazirlər Kabineti bu ilin fevralın 21-də Prezidentə istefasını təqdim edəcək. 


    İstefa verəcək şəxslərin siyahısını təqdim edirik:


    Azərbaycan Respublikasının Baş naziri - Əli Hidayət oğlu Əsədov
    Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov
    Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov
    Azərbaycan Respublikası Baş nazirinin müavini - Şahin Abdulla oğlu Mustafayev
    Azərbaycan Respublikasının daxili şlər naziri – Vilayət Süleyman oğlu Eyvazov
    Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Muxtar Bahadur oğlu Babayev
    Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov
    Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov
    Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev
    Azərbaycan Respublikasının hövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov
    Azərbaycan Respublikasının gənclər və idman naziri – Fərid Fazil oğlu Qayıbov
    Azərbaycan Respublikasının xarici işlər naziri – Ceyhun Əziz oğlu Bayramov
    Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Mikayıl Çingiz oğlu Cabbarov
    Azərbaycan Respublikasının kənd təsərrüfati naziri – Məcnun Qadir oğlu Məmmədov
    Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov
    Azərbaycan Respublikasının mədəniyyət naziri – Adil Qabil oğlu Kərimli

    Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov

    Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Vüqar Valeh oğlu Mustafayev
    Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri – Rəşad Nəbi oğlu Nəbiyev
    Azərbaycan Respublikasının səhiyyə naziri – Teymur Yusif oğlu Musayev
    Azərbaycan Respublikasının elm və təhsil naziri – Emin Eldar oğlu Əmrullayev
    Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Əvəz qızı Muradova
    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri – Fuad Rauf oğlu Muradov
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Mübariz Qəhrəman oğlu Qurbanlı
    Dövlət Gömrük Komitəsinin sədri – Şahin Soltan oğlu Bağırov
    Dövlət Statistika Komitəsinin sədri – Tahir Yaqub oğlu Budaqov
    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Anar Adil oğlu Quliyev
    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev
    Dövlət Miqrasiya Xidmətinin rəisi – Vüsal Əfqan oğlu Hüseynov
    Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev
    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi – Əli Nağı oğlu Nağıyev
    Xarici Kəşfiyyat Xidmətinin rəisi – Orxan Sedyar oğlu Sultanov
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Mürsəl Qorxmaz oğlu İbrahimov
    Qida Təhlükəsizliyi Agentliyinin sədri – Qoşqar İlahi oğlu Təhməzli
    Dövlət Turizm Agentliyinin sədri – Fuad Hümbət oğlu Nağıyev

    Qeyd edək ki, Dövlət başçısı andiçmədən sonra Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edəcək. Nazirlər Kabinetinin tərkibində yeniliklər ola bilər. Ehtimal olunur ki, bəzi şəxslər yeni hökumətdə təmsil olunmayacaq.

    Tarix : 7-02-2024, 13:42 | Oxunub: 1 747