Türkiyədə helikopterin xəstəxana binasına çırpılması nəticəsində dörd nəfər ölüb.
Həlak olanlardan ikisi pilot, biri həkim, digəri isə tibb müəssisəsinin işçisi olub.
Türkiyənin Muğla bölgəsində Təhsil və Araşdırma Xəstəxanasına çırpılan helikopter yaxınlıqdakı boş əraziyə düşüb.
Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, xilasedici qruplar hadisə yerində işlərini davam etdirirlər.
Hadisə ilə bağlı əlavə məlumatlar araşdırılır.