• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qazaxıstanda Xəzərə təyyarə qəzasında həlak olanların xatirəsinə çələnglər buraxılıb

    27

    dek

    Qazaxıstanda Xəzərə təyyarə qəzasında həlak olanların xatirəsinə çələnglər buraxılıb

    Aktau, Kurık və Bautino limanlarında Xəzər sularına Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə çələnglər buraxılıb.

    Bu barədə “Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir.

    “Bu jest dəhşətli təyyarə qəzasında həlak olanlara hörmət və hüzn əlamətidir. Bu, son illərin ən faciəli hadisələrindən biridir, onlarla insan, o cümlədən uşaqlar həlak olub. Həlak olanların yaxınlarının hisslərini başa düşürük, biz sizinləyik. Sizin kədərinizi bölüşürük və sizinlə birgə yas tuturuq”, – aksiya iştirakçıları qeyd ediblər.

    Tarix : 27-12-2024, 09:45 | Oxunub: 1 440