Milli parklarda keçirilən tədbirlər davam edir - FOTO
İnsanları ətraf mühitin qorunmasına təşviq etmək və milli parkların əhəmiyyətini vurğulamaq, vətəndaşların təbiət qoynunda həm dincəlmələrinə, həm də maraqlı və maarifləndirici vaxt keçirmələrinə imkan yaratmaq məqsədilə ölkə ərazisində yerləşən milli parklarda müxtəlif tədbirlər təşkil olunub.
Altıağac Milli Parkını ziyarət edən turistlər və şagirdlər parkın flora və faunası ilə tanış olub, quşlar üçün evciklər hazırlayıb.
Eyni zamanda, Azərbaycan Fotoqraflar Birliyinə üzv fotoqraflar Abşeron Milli Parkının dəniz mənzərəsini, dalğalı sahillərini, quru ilə suyun birləşdiyi Şahdilinin ecazkar görüntüsünü lentə alıblar.
Ekologiya.az
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()