• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu istiqamətə bütün uçuşlar təcili DAYANDIRILDI - AZAL rəsmi məlumat YAYDI

    08

    yan

    Bu istiqamətə bütün uçuşlar təcili DAYANDIRILDI - AZAL rəsmi məlumat YAYDI

    Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən "Azərbaycan Hava Yolları" QSC (AZAL) uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.

    Bu barədə Ekologiya.az  "AZA"L-a istinadən xəbər verir.

    "Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər. Bunun üçün onlar [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - məlumatda deyilir.

    AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq.


    Tarix : 8-01-2025, 21:18 | Oxunub: 1 160