• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvanda ilk dəfə “Snowfest-Qış festivalı” keçirilir - FOTO

    26

    dek

    Naxçıvanda ilk dəfə “Snowfest-Qış festivalı” keçirilir - FOTO

    Naxçıvan şəhərində ilk dəfə keçirilən "Snowfest - Qış festivalı"nın açılış tədbiri keçirilir.


    "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında baş tutan festivalın açılış tədbirində bayram əhval-ruhiyyəsində bəzədilmiş 30-a yaxın köşk quraşdırılıb.


    Naxçıvanda ilk dəfə qurulan qış şəhərciyində müxtəlif xidmətlər və təamlarla tanış ola bilərsiniz. Burada milli mətbəximizlə yanaşı, dünya mətbəxinə məxsus təamlarından da dada bilərsiniz. 25 dekabrdan 7 yanvaradək keçiriləcək tədbirin hər günündə müxtəlif sürprizlər və yeniliklər olacaq.


    Festivalda Azərbaycanın Xalq artisti Aygün Kazımova konsert proqramı ilə çıxış edir.







    Tarix : 26-12-2023, 08:40 | Oxunub: 1 674