• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Quduz tülkü qızı dişlədi, kənd karantinə götürüldü

    16

    yan

    Quduz tülkü qızı dişlədi, kənd karantinə götürüldü

    Rusiyada Amur vilayətinin Pozdeevka kəndində quduzluğa yoluxmuş tülkü qıza hücum edərək onun barmağını dişləyib.

    Ekologiya.az "vesti.ru"-ya istinadən xəbər verir ki, tülkü daha sonra kişiyə hücum etmək istəsə də, o, heyvanı öldürə bilib. 

    Amur vilayətinin baytarlıq idarəsinin laboratoriya müayinələri tülkünün quduzluq xəstəliyinə tutulduğunu təsdiqləyib.

    Hazırda kənd karantindədir, uşaq lazımi müalicə alır.

    Amur baytarlıq idarəsinin rəisi Sergey Samoxvalov xatırladıb ki, vəhşi heyvanlar quduzluğa yoluxduqda insanlardan qorxmur və aqressiv olurlar. 

    Belə heyvanlarla təmasda olmaq qadağandır.

    Tarix : 16-01-2025, 20:20 | Oxunub: 1 808