• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İrandan gətirilən 20 min kq-dan çox uyğunsuz qida məhsullu məhv edildi

    23

    yan

    İrandan gətirilən 20 min kq-dan çox uyğunsuz qida məhsullu məhv edildi

    İrandan Azərbaycana gətirilən 20 min 60 kq qida məhsullunda uyğunsuzluq aşkarlanıb.

    Ekologiya.az-ın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində İrandan idxal olunan turşu lavaş, ərik qurusu, şirin çörəkdən (keks) Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.

    Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

    Məhsulun adı

    Məhsulun miqdarı

    İstehsalçı

    İdxalçı

    Məhsul partiyası

    Turşu lavaş

    14850 kq

    “Reza Ghaderi”

    "Yedcon 2024" MMC

    17.10.2024-17.10.2026

    Ərik qurusu

    4110 kq

    “Hasan Mohammadloo”

    "Yedcon 2024" MMC

    20.09.2024-20.09.2025

    Şirin çörək

    (keks)

    1100 kq

    “Shırın Gholat Bonab”

    Fiziki şəxs Kərimov Kamran Abdulla oğlu

    25.09.2024-25.02.2025

    Faktla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyaları məhv edilib.

     



    Tarix : 23-01-2025, 20:15 | Oxunub: 1 248