• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev Qara Dəniz İƏT-nın Baş katibi ilə COP29-un nəticələri barədə fikir mübadiləsi aparılıb

    30

    yan

    Muxtar Babayev Qara Dəniz İƏT-nın Baş katibi ilə COP29-un nəticələri barədə fikir mübadiləsi aparılıb

    Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku ilə görüşüb.


    Nazirliyin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, görüş zamanı iqlim dəyişmələri, təhlükəli hava hadisələrinin erkən xəbərdarlığı və ətraf mühitin digər sahələri üzrə QDİƏT çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.


    Eyni zamanda, ölkəmizin 2024-cü ildə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) nəticələri barədə fikir mübadiləsi aparılıb.

    Tarix : 30-01-2025, 14:15 | Oxunub: 1 248